2019-08-09
Dünən axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər. Bu hadisə nəticəsində 1300 abonentin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa olunub.