AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ZAQATALA, ŞƏKİ VƏ BALAKƏN RAYONLARINDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

2019-11-05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 05 noyabr 2019-cu il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Zaqatala rayonunda sakinlərlə görüşüb. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Şəki, Ceyhun Şıxəliyev isə Balakən rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra televiziyalara açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, Azərbaycanda qazlaşma işləri cənab Prezidentin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. O, əlavə edib ki, bu il də dövlət düdcəsindən ayrılan vəsait hesabına bölgələrdə və Bakı şəhərində qazlaşdırma işləri görülməkdədir: “Artıq son mərhələdəyik. Tamamlanma işləri gedir”. Payız-qış mövsümünə hazırlıq məsələlərinə toxunan R.Əliyev qeyd edib ki, bütün əlaqədar strukturlara tapşırıq verilib, yerlərdə qeydə alınan narahatlıqlar vaxtında aradan qaldırılacaq.










2019      All rights reserved