AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

DÖRD YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ ÜMUMİLİKDƏ 839 FƏRDİ EVƏ QAZ VERİLDİ

2019-11-06

Gəncə şəhərinin Sevil Qazıyeva küçəsinin qazlaşdırılması işləri başa çatıb və 34 fərdi yaşayış evinə mavi yanacaq verilib. Bundan başqa Gəncə şəhərinin Məhsəti qəsəbəsində də 84 fərdi evə qazın verilməsi təmin olunub. Hər iki yaşayış məntəqəsində qazlaşma işlərinin icrası üçün ümumilikdə 7845,5 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib və 118 ədəd qaz sayğacı quraşdırılıb.

Həmçinin Samux rayonunun Alıuşaqlı kəndi və Şirvan şəhəri, kənd evləri yaşayış massivinin qazlaşdırılması işləri də tamamlanıb. Samux rayonunun Alıuşaqlı kəndində 240, Şirvan şəhəri, kənd evləri yaşayış massivində isə 481 fərdi yaşayış evi qazla təmin olunub.










2019      All rights reserved