AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB-DƏ YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 27-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNAN YIĞINCAQ KEÇİRİLDİ

2019-11-18

Noyabrın 18-də “Azəriqaz” İstehsalat Birliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Yığıncağın işində Yeni Azərbaycan Partiyası Xətai rayon ərazi partiya təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov da iştirak edib. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, Respublikamızın ağır günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın uzaqgörən, mütərəqqi insanlarının, ziyalıların təşəbbüsü və fəal iştirakı ilə 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yarandığı elan edilib. “Bu partiyanın başında xalqımızın həmişə inam və etibar etdiyi dahi şəxsiyyət, Ümummili lider Heydər Əliyev dayanırdı. Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbayacan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya miqyasında tanınmasında, regionda lider dövlətə çevrilməsində Yeni Azərbaycan Partiyası da mühüm rol oynayıb”.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü haqqında partiyanın Xətai rayon təşkilatının “Azəriqaz” İB üzrə ərazi ilk təşkilatının sədr müavini Cəlal Musayev çıxış edərək partiyanın keçdiyi şərəfli yola bir daha nəzər salıb. Yeni Azərbaycan Partiyası Xətai rayon ərazi partiya təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov da çıxış edərək “Azəriqaz” İB-nin doğma kollektivinin partiyanın işində fəal olmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Yığıncaqda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə ərazi ilk partiya təşkilatının sədri “Azəriqaz” İB-nin baş direktoru Əliyev Ruslan Yusif oğlu, sədr müavinləri isə Musayev Cəlal Yaqub oğlu və Bayramov Əlibaba Arif oğlu seçiliblər. Bundan başqa 11 nəfər yeni üzv olaraq partiya sıralarına qəbul olub.










2019      All rights reserved