AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB-NİN 12 ƏMƏKDAŞI YENİ AZƏRBAYCAN PARTİYASINA QƏBUL OLUNDU

2019-12-26

Dekabrın 26-da Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu münasibətilə Partiyanın Xətai rayon ərazi təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə ərazi ilk partiya təşkilatının idarə heyətinin yığıncağı keçirilib. Yığıncaqda Birliyin rəhbərliyi, partiya fəalları, eləcə də bir neçə struktur bölmələrin məsul əməkdaşları iştirak ediblər. “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul edilən 12 nəfəri təbrik edib. Partiya sıralarında gənclərin yer almasını yüksək dəyərləndirən C.Hüseynov onlara uğurlar arzulayıb. Digər çıxış edənlər də partiyanın yeni üzvlərinin ümumi məqsədlər üçün səylə çalışacaqlarına inandıqlarını ifadə ediblər. Daha sonra Birliyin 12 nəfər əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.










2020      All rights reserved