AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB-DƏ 2019-CU İLİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLİB.

2019-12-29

Dekabrın 29-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair mətbuat konfransı keçirib. Konfransdan öncə Birliyin fəaliyyətinə dair perspektiv planları əks etdirən təqdimat olub. Daha sonra baş direktor R.Əliyev məlumat verib ki, 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dünən artıq proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi – Goranboy rayonunun Goran qəsəbəsinə qaz açılışı təmin olunub. Beləliklə, bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib.

Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Qazlaşma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanıb. Digər massivlərdə qazlaşma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Müqayisə üçün Azərbaycanda qazlaşma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62,2% təşkil edirdi. Hazırda bu göstəricidə 33,8 % artım var.

O da qeyd edilib ki, çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atılıb. 2019-cu ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub. Bir çox şəhid ailəsi və Qarabağ qazilərinin müraciətləri müsbət həll edilib. İstixana sahibləri ilə 3 dəfə (Şəmkir rayonu, Bakı şəhərinin Xəzər rayonu və Salyan rayonu) görüş keçirilib. Onların qaldırdıqları bir sıra problemlər həll olunub. Bölgələrdə 2019-cu ilin aprel ayından etibarən hər ay vətəndaş qəbulları təşkil edilib, onları maraqlandıran məsələlər barədə məlumat verilib, müraciətlərinin icrası nəzarətə götürülüb.

Daha sonra “Azəriqaz” İB-nin baş direktoru jurnalistlərin suallarını cavablandırıb.










2020      All rights reserved