AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

QAYNAR XƏTTƏ 300-Ə YAXIN SAYĞAC ŞƏKLİ GÖNDƏRİLİB.

2020-01-07

Bayram günlərində (31 dekabr 2019-cu il – 06 yanvar 2020-ci il) “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə 25 minə yaxın müraciət daxil olub. 7142 halda abonentlər yeni sayğacların ixtismarı qaydaları ilə maraqlanıb. Sayğaclardakı uğursuz əməliyyatlarla bağlı 4060 müraciət ünvana gedilmədən elə telefon əlaqəsi ilə həllini tapıb.

Qeyd edək ki, “Azəriqaz” İB mexaniki sayğaclar üzrə limitin sıfırlanması əməliyyatlarına 2020-ci ilin ilk rəsmi iş günü, yəni yanvar ayının 7-dən başlanılacağını bəyan etmişdi. Lakin istənilən abonent vaxtından əvvəl bu işin icrasını arzulayarsa, 077 310 41 04 saylı whatsapp nömrəsinə sayğacın göstəricilərinin aydın görünən şəklini çəkib ata bilərdi. Beləliklə, son 6 gündə qeyd edilən məsələyə dair 300-ə yaxın şəkil çəkilərək qaynar xəttin whatsapp nömrəsinə göndərilib. Onlardan 200-ü aidiyyatı üzrə qeydiyyata alınıb. Yalnız 100-ə yaxın foto tam dolğun olmadığı üçün (çəkildiyi tarix, saat əksini tapmadığından) nəzərə alınmayıb, lakin buna baxmayaraq abonentə bu barədə ətraflı izahat verilib. Mexaniki sayğacların göstəricilərinin oxunmasının yaxın 3 gün ərzində tamamlanması planlaşdırılır.

 










2020      All rights reserved