AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNİN RƏHBƏRLİYİ SALYAN, NEFTÇALA VƏ İMİŞLİ RAYONLARINDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

2020-03-13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 13 mart 2020-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra baş direktor R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. Müsahibədə “Azəriqaz” İstehsalat Birliyində “Koronavirus” infeksiyasının yayılmaması üçün görülən profilaktik tədbirlərdən söz açılıb: “SOCAR prezidentinin əmri ilə həm baş ofis, həm də struktur təşkilatlarda müəyyən işlərə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında bu əmrə uyğun olaraq dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və Birliyimizə gələn insanların hərarəti cihazlarla ölçülür. Bilirsiniz ki, bizim təşkilatımız SOCAR sistemində ən çox insanlarla ünsiyyətdə olan təşkilatdır. Abonentlərin müraciətlərini və s. nəzərə alsaq, Birliyə gündəlik çox sayda insan axını olur. Biz xidmət sahəsində çalışırıq, çöl şəraitində işlərimiz çox olur. 104/185 saylı Çağrı Mərkəzinə gələn zənglər əsasında mənzillərə baxış keçirməli oluruq. Ona görə də profilaktik tədbirlərə ciddi riayət edilir. Hər bir əməkdaşımız təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur".

 










2020      All rights reserved