AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İB XÜSUSİ İŞ REJİMİNDƏ HANSI XİDMƏTLƏRİ GÖSTƏRİR?

2020-03-16

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb. Müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir. Həmin xidmətlər aşağıdakılardır:

 

1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;

2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

3. Qüsurlu ödənişlərin bərpası;

4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

5. Koda düşmüş kartların bərpası;

6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

 

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.










2020      All rights reserved