AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

BAYRAM GÜNLƏRİNDƏ “AZƏRİQAZ” İB MÜŞTƏRİ XİDMƏTİ GÖSTƏRİLƏCƏK ÜNVANLARI AÇIQLADI

2020-03-20

"Azəriqaz"  İstehsalat Birliyi Novruz bayramındakı qeyri-iş günlərində  (mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində fəaliyyətini davam etdirir. Ayın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə göstərilən xidmətlər bu gündən etibarən dayandırılıb. Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir. Bundan başqa Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlərə eyni xidmətlər təqdim olunur. Qarşıdakı 8 gün ərzində vətəndaşlara itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.










2020      All rights reserved