AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

XƏTAİ RAYONUNDA 8 MİN ABONENTİN QAZ TƏCHİZATI YAXŞILAŞDIRILIR

2020-03-25

Xətai rayonunda M.Mehdizadə küçəsi ilə N.Rəfiyev küçələrinin kəsişməsindən başlayaraq Y.Səfərov küçəsinə qədər olan ərazidəki qaz xətti dəyişdirilir. 2003-cü ildə istifadəyə verilən polad kəmər 159 mm diametrindədir və yenilənən hissəsi 1000 metr təşkil edir. Uzun müddət istifadə edildiyindən istismara yararsız hala düşən qaz xəttində tez-tez qaz sızmaları aşkarlanıb. Bu isə hər dəfə təmir aparılarkən sakinlər üçün çətinliklər yaradıb, eləcə də vaxtaşırı qaz təchizatında fasilələrə gətirib çıxarıb. Fasilələr yaranarkən əsasən Xətai rayonunun M.Mehdizadə, İ.Orucov, A.İsmayılov, F.Bayramov, S.Senyuşkin, Y.Səfərov, N.Rəfiyev küçələri və Xocalı prospektinin sakinləri qaz qəbulunda çətinliklərlə üzləşiblər. Ərazidə yeni çoxmərtəbəli binaların inşası, bir sıra iaşə müəssisələrinin istifadəyə verilməsi də mövcud kəmərin daha böyük diametrli kəmərlə əvəzlənməsinə zərurət yaradıb. Bundan başqa sözü gedən kəmərdən Ali Məhkəmənin qazanxanası da istifadə edir.

“Azəriqaz” İstehsalat Birliyi sadalananları nəzərə alaraq sözü gedən qaz kəmərinin 200 mm diametrində olan polietilen kəmərlə dəyişdirilməsini məqsədəuyğun sayıb. Hal-hazırda ərazidə təmir-tikinti işləri aparılır və yaxın 20 gün ərzində bu proses tamamlanacaq. Bundan sonra Xətai rayonunun adları qeyd edilən küçələrində 8 min abonentin qaz təminatı xeyli yaxşılaşacaq.

Onu da qeyd edək ki, xidmət sahəsi olaraq “Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də iş başındadır. Lakin bu kimi təxirəsalınmaz təmir-tikinti prosesinə ehtiyac yaransa belə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin koronavirus təhlükəsi barədə xəbərdarlıqları, tövsiyyələri əsas götürülür. İşlərin icrası kütləvi işçi qüvvəsi ilə deyil, növbəli rejimdə həyata keçirilir.










2020      All rights reserved