AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİNDƏ SATINALMALAR OPTİMALLAŞDIRILIR

2020-05-07

“Azəriqaz” İstehsalat Birliyi Koronavirus (COVID-19) pandemiyasının kəskin yayılmasından sonra dünya enerji və səhm bazarlarında baş verən müəyyən dəyişiklikləri diqqətlə izləyir və buna uyğun olaraq öz fəaliyyət istiqamətində bəzi məqamlara yenidən baxmalı olur. Qlobal pandemiya Birliyin təsərrüfat fəaliyyətinə təsirsiz ötüşməyib, fors-major şəraitində icrada olan mal-material və xidmətlərin alqı-satqı müqavilələrinə yenidən baxılması və müvafiq razılaşmaların əldə olunması məsələləri gündəmə gəlib. Bununla yanaşı, nəticələri təsdiq edilməyən, eləcə də yeni elan edilən satınalma müsabiqələri təxirə salınıb. Beləliklə, Birlik büdcə və idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması və planlaşdırılması istiqamətində tədbirlər görməkdədir.

Təbii qazdan istifadə edən bütün istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada qazla təchizatını təmin etmək “Azəriqaz” İstehsalat Birliyi üçün prioritet məsələ olaraq qalır. Yalnız qaz təchizatının davamlılığı, o cümlədən qəza-bərpa işlərinin operativ olaraq yerinə yetirilməsi üçün zəruri miqdarda mal-materiallar, iş və xidmətlər istisna olmaqla, digər təyinatlı alqı-satqı müqavilələrinin icrası dayandırılıb.

 










2020      All rights reserved