AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

GƏNC MÜHƏNDİSLƏR MÜKAFATLANDIRILDI

2020-06-18

14-15 iyun tarixlərində ölkəmizdə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin günlərində “Azəriqaz” İstehsalat Birliyinin “Çağrı Mərkəzi”nin bir qrup əməkdaşı öz fəallıqları ilə seçiliblər. Belə ki, əməkdaşlarımız tərəfindən smart-kart tipli qaz sayğaclarının koda düşməsi, sayğacda qaz həcminin bitməsi və s. ilə bağlı daxil olan müraciətlər abonentlərə kömək məqsədi ilə elə yerindəcə həll edilib. Öz işlərinə məsuliyyətlə yanaşan Emil Ramazanov, Novruz Cəfərov və Həşim Həşimlinin əzimkarlıq nümayiş etdirmələri Birliyin rəhbərliyinin diqqətindən də yayınmayıb və həmin işçilər təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Birlik rəhbərliyi adından mükafatları əməkdaşlara Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov təqdim edib. O, göstərdikləri bu örnək davranışa görə onların hər birinin nümunəvi işçi olduğunu qeyd edib.










2020      All rights reserved