AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

MİNGƏÇEVİR ŞƏHƏRİ, BƏRDƏ VƏ TƏRTƏR RAYONLARINDA 23 KM-DƏN ÇOX QAZ XƏTTİ BETON DAYAQLAR ÜZƏRİNƏ QALDIRILIR

2020-07-16

Bərdə, Tərtər rayonları və Mingəçevir şəhərinin qaz təchizatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür. Belə ki, uzun illər bundan öncə çəkilən böyük diametrli qaz xətləri beton dayaqlar üzərinə qaldırılmaqla korroziyadan mühafizə edilir. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi Bərdə rayonunda 2685 abonentə xidmət göstərən diametri 530 mm olan 4500 metr uzunluğunda qaz xəttini  artıq beton dirəklər üzərinə qaldırıb. Bundan başqa Tərtər şəhərinin bir hissəsinin qaz təminatında əhəmiyyətli rola malik olan 1985 metr uzunluqda diametri 159 mm olan qaz xətti də əvvəlki görkəminə qaytarılıb. Mingəçevir şəhərinin qaz təchizatı üçün istismarda olan 3564 metr uzunluğunda diametri 530 mm olan qaz xətti də beton dayaqlar üzərinə qaldırılır. Təmir aparılan yerlərdə kəmərlər kol-kos ərazidən çıxarılır, pasdan təmizlənir, pas əleyhinə və parlaq boya ilə işlənilir. Ümumilikdə Tərtər Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi şəhər və rayonlar üzrə bu il ərzində 23 kilometr uzunluğunda müxtəlif diametrdə qaz kəmərləri beton dirəklər üzərinə qaldırılacaq. Bu da onların istismar müddətinin daha 10-15 il artması deməkdir.

“Azəriqaz” İstehsalat Birliyi bir daha diqqətə çatdırır ki, əkin sahələrinin genişləndirilməsi, eləcə də meşə zolaqlarının salınması zamanı qaz kəmərlərinin mühafizə zonasına daxil olmaq qadağandır. Bu təhlükəli olmaqla yanaşı, qaz xətlərinə mütəmadi xidmət göstərilməsinə də mane olur.










2020      All rights reserved