AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

ONLAYN KONFRANS: GÖMRÜK SAHƏSİNDƏ SUALLAR CAVABLANDIRILDI

2020-07-16

COVID-19 pandemiyası dövründə “Caspian European Club” tərəfindən daha bir tədbir keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımovun iştirakı ilə təşkil olunmuş ənənəvi aylıq “Online Round Table” çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə sahibkarların Komitə ilə əməkdaşlığına dair sual və təkliflər müzakirə olunub. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyini baş direktorun əməyin mühafizəsi  üzrə müavini Ceyhun Şıxəliyev və Satınalmaların təşkili şöbəsinin rəisi Ceyhun Məcidov təmsil ediblər. Müzakirələrdə Birlik tərəfindən xaricdən alınan mal-materialların ölkəyə daxil olması zamanı yaranan çətinliklər barədə məlumat verilərək onların həll olunması istiqamətində təkliflər səsləndirilib.










2020      All rights reserved