AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

2020-Cİ İLİN 7 AYI ƏRZİNDƏ CƏMİ 7 % ABONENT QAZDAN İSTİFADƏYƏ GÖRƏ GÜZƏŞTLİ LİMİT HƏDDİNİ KEÇİB

2019-09-10

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb. Avqust ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 161 574 abonent deməkdir. Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95 %-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.

 










2020      All rights reserved