AZ |
ELEKTRON MÜRACİƏT
QAYNAR XƏTT
104 / 185
|   Təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir.   |
BORCUNU ÖYRƏN
ƏN ÇOX VERİLƏN SUALLAR
ONLAYN ÖDƏNİŞ
   
Yeni abonent olmaq istəyirsinizmi?
   
SƏRBƏST GÜCLƏR
   
Smart tipli sayğac koda düşdükdə nə etməli?
   
Tikinti və istismara icazənin sadələşdirilməsi
   
Yeni qaz sayğaclarından istifadə qaydaları

“AZƏRİQAZ” İSTEHSALAT BİRLİYİ, QƏRARGAHIN MƏLUMATI

2020-10-08

Oktyabrın 8-də səhər saatlarında düşmənin atdığı mərmi Goranboy rayonu, Ağcakənd qəsəbəsində diametri 76 mm olan qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.

Hal-hazırda Füzuli rayonu üzrə 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb. Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə cəmi 6 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var.

Beyləqan və  Bərdə rayonları tam olaraq təbii qazla təmin edilib. Tərtər rayonu tam olaraq və Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı təhlükəsizlik tədbiri olaraq hələlik bərpa olunmayıb.

Qeyd edək ki, döyüşlərin getdiyi rayonlar üzrə (Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsi) ümumilikdə 70 % abonentin qaz təchizatı təmin edilir, 30 % abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır.










2020      All rights reserved