“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bəyan edir ki, məqsədimiz və məramımız qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etmək, ətraf mühitə ziyan vurmamaq, təbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan ibarətdir.
“Azəriqaz” İB fəaliyyətində vacib hesab etdiyi aşağıdakı meyarları rəhbər tutur:
- ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 10002 və ISO 50001 Beynəlxalq Standartları üzrə İdarəetmə Sistemlərinin inkişafına müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq və davamlı inkişafı təmin etmək.
- İdarəetmə Sistemlərində və Azərbaycan Respublikasının Qanunvericilik Aktlarında keyfiyyət, ekologiya və təhlükəsizliklə bağlı bütün tələbləri yerinə yetirmək.
- Davamlı inkişafın təmin edilməsi məqsədilə PLANLAŞDIR – İCRA ET – YOXLA – İNKİŞAF ETDİR! prinsipini əsas götürmək.
- İdarəetmə Sistemlərinin tələbləri gözlənilməklə qabaqcıl təşkilatların iş təcrübəsindən yararlanaraq işçilərin mütəmadi maarifləndirilməsinə və peşəkarlığının artırılmasına nail olmaq.
- İstehlakçı şikayətlərini həll edərkən mövcud qanunvericiliyin tələblərinə riayət etməklə tərəfsiz və obyektiv olmaq, gizliliyi qorumaq, vaxtında və qüsursuz yerinə yetirmək.
- İstehsal prosesi zamanı enerjidən qənaətli istifadəni təmin etmək və enerji məhsuldarlığını artırmaq.
- Maraqlı tərəflər və onların tələbləri haqqında informasiyaları analiz etmək, daxili və xarici tərəflərin maraq və gözləntilərini bağlanılan hüquqi sənədlərdə (müqavilələrdə) əks etdirmək
- İşçilərin birgə fəaliyyətini Keyfiyyətli İdarəetmə Sistemlərinin və SOCAR-da Əməliyyatların bütövlüyünün idarəetmə sisteminin tələblərinə uyğun təşkil etmək.
- İnsan sağlamlığına və ətraf mühitə dəyər verən lider müəssisə olmaq.
- İş fəaliyyəti zamanı qarşıya çıxan riskləri və aspektləri qiymətləndirmək, müvafiq tədbirlər görmək və daima nəzarətdə saxlamaq.
- Sistemlərin işçilərdən asılılığını işçilərin sistemlərdən asılılığına doğru dəyişmək.
- Bütün işçiləri və əməkdaşları bu siyasətdən xəbərdar etmək.