AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR   KABİNETİ

Q Ə R A R

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6,

maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834; 2017,

№ 6, maddə 1228, № 10, maddə 1876; 2018, № 6, maddə 1379,

№ 8, maddə 1817, № 11, maddə 2461; 2022, № 2, maddələr 168,

188, № 4, maddə 373, № 8, maddə 966) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 2-ci bənd üzrə:
    • ikinci abzasda “hüquqi şəxs” sözləri “Azərbaycan Respublikası Dövlət  Neft  Şirkətinin  “Azəriqaz”  İstehsalat  Birliyi  və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti” sözləri ilə əvəz edilsin;
    • dördüncü abzasdan “istilik enerjisinin alınması və məişət ehtiyacları üçün” sözləri çıxarılsın;
    • beşinci abzasdan “əhalinin” sözü və “qazın yanacaq kimi istehlakı prosesində” sözləri çıxarılsın;
    • altıncı abzasda “, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı

 

ilə əlaqədar xammal kimi istehlakı prosesində” sözləri “və ya qeyri- məişət ehtiyacları üçün” sözləri ilə əvəz edilsin;

  • on ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü-on yeddinci abzaslar əlavə edilsin:

“müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət;

texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalan- dırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;

tüstü bacası – yanma məhsullarının (tüstü qazlarının) qaz qurğularından sorularaq atmosferə atılmasını təmin edən boru;

məişət abonenti – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs;

ixtisaslaşmış podratçı – işçiləri “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.”;

  • aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:

“1.7. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.

  1. 2-ci hissə üzrə:
    • adından “qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və” sözləri çıxarılsın;
    • 1-2.5-ci bəndlər ləğv edilsin;
    • 7-ci və 2.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin: “2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında”

Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir.

 

Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.

2.8. Qaz paylayıcısının işçiləri tərəfindən istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim edildikdə (göndərildikdə), istehlakçı qaz paylayı- cısının işçilərinin xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətməməli və müayinənin keçirilməsinə şərait yaratmalıdırlar.”;

  • 10-cu bənddə “sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilsin;
  • 11-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.11. Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.  İstehlakçı  tərəfindən  qaz  qurğuları,  qaz  xətləri  və  tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq  aparılmalıdır.  İstehlakçı  təkrar  müayinə  üçün  il  ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.”;

  • 11-2-ci bənddə “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)” sözləri ilə əvəz edilsin.

 

  1. 3-cü hissə üzrə:
    • 1.7-ci yarımbənddə “qaldırmalıdır” sözü “qaldırmalı” sözü ilə əvəz olunsun, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.8-3.1.11-ci yarımbəndlər əlavə edilsin:

“3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli;

  • qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli;
  • bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;
  • qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.”;
  • 2.3-cü, 3.2.11-ci və 3.4.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2.3. qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməli;

3.2.11. qaz paylayıcısının işçilərinin müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə maneəsiz daxil olmasına və ya müayinənin keçirilməsinə şərait yaratmalı;

3.4.6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə həyata keçirilməli olan texniki xidmətin keçirilməsini təmin etmədən qazdan istifadə etmək;”;

  • 5-ci bənddə “Yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq mənzilə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərə (çoxmənzilli binanın ümumi əmlakı) münasibətdə mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya

 

ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat” sözləri “Yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin (yaşayış evləri istisna olmaqla) mülkiyyətçiləri (istifadəçiləri)” sözləri ilə əvəz edilsin;

  • 5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.3. binanın tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə ildə 1 (bir) dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsini təmin etməli və ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və həmin aktın 1 (bir) nüsxəsini müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilməsi üçün qaz paylayıcısına təqdim etməli;”;

  • 5.4-cü yarımbənd ləğv edilsin.
  1. 2-ci bənddə “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi” sözləri “Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar” sözləri ilə əvəz edilsin.
  2. 2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində

nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb   olunmur.   İstehlakçının   istehlak   etdiyi   qazın   dəyəri   tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.”.

  1. 6-cı hissə üzrə:
    • 1-ci bənddə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilsin;
    • 1.5-1-ci, 6.1.5-2-ci yarımbəndlər və 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

“6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

6.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim  etməlidir.  İstehlakçının  qazın  talanmasında  təqsirli  olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.”;

  • aşağıdakı məzmunda 6.5-1-6.5-4-cü bəndlər əlavə edilsin: “5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə

alınır:

6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

6.5-2.  İstehlakçı  tərəfindən  qazın  talanması  məqsədilə  qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına

 

keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

6.5-3.  İstehlakçı  tərəfindən  qanunsuz  qoşulma  hallarında  qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı  (və  ya  onun  səlahiyyətli  nümayəndəsi,  yaxud  yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.”;

  • 6-cı bənddə “müvafiq qaydada” sözləri “qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla” sözləri ilə, “iş günü” sözləri “gün” sözü ilə və “bərpa edilməlidir” sözləri “bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir” sözləri ilə əvəz edilsin.
  1. Qaydalara 2 nömrəli əlavə - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” üzrə:
    • 1.2-ci yarımbənddə “texniki baxış” sözləri “müayinə” sözü ilə əvəz edilsin;

7.2. 2.1.7-ci, 2.2.6.5-1-ci, 2.2.6.5-2-ci, 2.4.4-cü yarımbəndlər və 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

“2.1.7. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamaq, növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etmək (göndərmək);

2.2.6.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

2.2.6.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

  • müayinə və texniki xidmət keçirilməsi məqsədilə mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmaq üçün qaz paylayıcısı işçilərindən xidməti vəsiqələrini tələb etmək;

3.3. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.”.

  1. Qaydalara 3 nömrəli əlavə - “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi” üzrə:
    • 1.3-cü yarımbənddə “texniki baxış” sözləri “müayinə” sözü ilə əvəz edilsin;
    • 1.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.9. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, istehlakçıya verdiyi qazın dəyərini sayğacın göstəricilərinə əsasən hər ay üzrə hesablamaq və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etmək (göndərmək);”;

8.3. 2.2.7.5-1-ci, 2.2.7.5-2-ci, 2.4.5-ci yarımbəndlər və 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

 

“2.2.7.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;

2.2.7.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

  • müayinə və texniki xidmət keçirilməsi məqsədilə mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmaq üçün qaz paylayıcısı işçilərindən xidməti vəsiqələrini tələb etmək;

3.3. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.”.

 

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 25 iyun 2023-cü il

№ 218

light-logo