Sayğacın təsviri və hissələri haqqında məlumat.
Texniki göstəriciləri.
“İTRON” firmasının istehsalı olan Smartkart tipli (əvvəldən ödənişli) diafraqmalı məişət qaz sayğacı təbii, aqressiv olmayan kiçik təzyiqli quru və təmiz qazların uçotunun aparılması üçün istifadə olunur.
Sayğac mexaniki ölçmə mexanizmindən, Smartkart ölçmə qurğusundan (elektron hissə), gövdədən, giriş və çıxış yivli birləşmələrdən, bağlayıcı klapandan və gövdənin daxilinə quraşdırılmış iki kameralı membrandan ibarətdir.
Smart sayğacın üzərində olan Barkodun açılışı:
1.YY-Smart Sayğacın buraxılış ilini göstərir.
2.CC-Calibir cədvəlində olan məlumatı göstərir.
3.AZ1-Tətbiq ediləcək Ölkə kodunu göstərir.
4.X-PART Versiyasını göstərir.
5.01-İstehsalçı zavodunun idenfikasiya nömrəsini göstərir.
6.123456-Smart sayğacın nömrəsi göstərir.
Smart sayğacın zavod və elemet yuvasının möhürlərinin nümunəsi
Şəkil 1. “İTRON” istehsalı olan Smart kart tipli diafraqmalı məişət qaz sayğacı
Sayğacın yuxarıdakı şəkil üzrə hissələri aşağıdakı kimidir:
1,2 giriş və çıxış yivli birləşmələr;Yivlər arasında olan məsafə 11 sm-dir;
3 hesablayıcı qurğunun qoruyucu örtüyünə vurulan xüsusi plomblar;
4 mexaniki hesablayıcı mexanizm; 8 rəqəmli
5 LSD ekranı;
6 informasiya düyməsi;
7 klapanın açılışı, kredit həcmindən istifadə düyməsi;
8 kart yuvası;
9 element yuvasının qoruyucu qapağı.
Texniki göstəricilər |
Sayğacın markası |
|
|
G-4 |
G-6 |
Maksimal qaz sərfi Qmax , m3/s Nominal qaz sərfi Qnom , m3/s Minimal qaz sərfi Qmin , m3/s Təzyiq itkisi Qmax , Pa (çox olmayaraq) Təzyiq itkisi Qmin , Pa (çox olmayaraq) Hesablayıcı mexanizmin max. göstəricisi,m3 İstismar zamanı max. təzyiq, bar |
6,0 4,0 0,040 200 60,0 99999,999 0,25 |
10,0 6,0 0,060 200 60,0 99999,999 0,25 |
Qeyd: elekton hissənin işləməsi üçün qida mənbəyi kimi “Saft” firmasının istehsalı olan LS26500 markalı 3,6V gücə malik elementdən istifadə olunur.
Elementin işləmə müddəti aşağıdakı şərtlər daxilində 9 ildir:
1. Klapanın işləməsi ay ərzində 4 dəfədən çox olmayarsa.
2. İstifadə olunmadıqda LCD ekran işləmirsə.
3. Kartla əməliyyat həftədə bir dəfədən çox olmayaraq aparıldıqda.
5. Mütəxəsis baxışı
5.1. Xarici baxış
- xarici baxış apararkən sayğacın komplektliyi texniki sənədlərin tələblərinə cavab verməlidir;
- sayğacın üzərindəki markalanma dəqiq və asan oxunmalıdır;
- informasiya düymələri asan işləməlidir; üzərində heç bir zədə olmamalıdır.
- sayğacın boya örtüyü hamar olmalı, üzərində korroziya əlamətləri, cızıq izləri, çatlar olmamalıdır. Yivli birləşmələrdə deformasiya olunmamalıdır.
- sayğacın üzərində qazın hərəkət istiqamətini göstərən ox işarəsi olmalıdır.
- sayğacın klapanının üzərində heç bir zədə və cızıq olmamalıdır.
- istehsalçı zavod (yoxlayıcı müəssisə) tərəfindən hesablama mexanizminin örtüyünə vurulan xüsusi plombların üzərində və plomb yuvası ətrafında zədə, cızıq izləri olmamalıdır.
- sayğacın çıxışında plastmas boruda cızıq, sınıq, deşik əlamətləri, yad cisimlər olmamalıdır.
- sayğac yuxarıda göstərilən tələblərə uyğundursa, sayğacın yoxlanması aşağıdakı ardıcıllıqla davam etdirilir.
5.2. Sayğacın hesablama mexanizimindən gələn səs 42 db-dən çox olmamalıdır.
- mexaniki və elektron göstəricilərin eyni olması yoxlanılır.
5.3. Elektron hissədə aşağıdakı informasiyalar yoxlanılır:
1. Reserv (qalıq) kreditin həcmi, m3
61. 00 |
|
Şəkil 1._______________________________________
2. Daxil edilmiş toplam kreditin həcmi, m3
263.00 |
Şəkil 2__________________________________________
3. Tarix
10.06.13 |
Şəkil 3 _________________________________________
4. Vaxt
08:53:42 |
Şəkil 4_________________________________________
5. İstifadə olunmuş qazın ümumi həcmi, m3
00201,2m3 |
Şəkil 5__________________________________________
6. Mənfiyə gedərək borc kimi 10 və ya 16 bölməsinə düşən qaz həcmi, m3
500.00 |
Şəkil 6__________________________________________
- Sayğaca daxil edilmiş toplam kreditin həcmi sərf olunmuş qazın həcmi və qalıq kreditin həcminin cəmi ilə eynilik təşkil etməlidir. Sayğacın mexaniki və elektron gösrəriciləridə eyni olmalıdır.
5.4. Klapanın vəziyyətinin yoxlanılması üçün aşağı təziqlı hava nasosu vasitəsi ilə sayğacda geriyə axın verilir. Sayğacdan geriyə 20 L-ə qədər qaz axını olarsa, klapan bağlanmalıdır və sayğacın LCD ekranında “ALARM-5” yazısı əks olunur.
ALARM
|
Sayğacın “Alarm-5” rejimindən çıxarılması "reset alarım" kartı vasitəsilə aparılır, bunun üçün "reset alarım" kartı sayğacın kart yuvasına daxil edilir, bu zaman LCD ekranda aşağıdakı işarə əks olunur.
--------------------------- |
Kartı sayğacdan çıxartmazdan əvvəl 2 dəfə siqnal səsinin eşidilməsi gözlənilməlidir .
Sayğac “ALARM-5” rejimindən çıxır, klapan bağlı vəziyyətdə qalır.
61 |
Klapanın açılması üçün mavi düymə 5 saniyə basılıb saxlanılır, klapan az miqdarda açılır və kəmərə sızmanı yoxlamaq uçün təbii qaz daxil olur, LCD ekranında aşağıdakı yazı əks olunur.
OP:190 |
190 saniyə ərzində (qalan saniyələr ekranda göstərilir) klapan tam açılmalıdır, (sayğac sistemdə sızma olub, olmamasını yoxlayır) əməliyyat düzgün aparılmadıqda (əməliyyat zamanı sayğacda hava axını baş verərsə) klapan açılmır və bu zaman LCD ekranda aşağıdakı işarə əks olunur və ekranda kran işarəsi yanır- sönür. Bu əməliyyat 3 dəfədən çox aparılmamalıdır. Əks təqdirdə sayğac növbəti günə qədər kilitlənir.
ALARM |
|||
|
|
Klapanın açılması üçün sızma testi əməliyyatını təkrar etmək lazımdır. Əməliyyat qurtardıqdan sonra klapan tam açılarsa, klapan işlək hesab olunur və LCD ekranda aşağıdakı işarə əks olunur:
61:00 |
5.5. Kart riderinin vəziyyətinin yoxlanması üçün kart yuvasına kart daxil olunur, bu zaman LCD ekranda aşağıdakı işarə əks olunarsa, kart rider işlək hesab olunur.
-------------------- |
5.6. Sayğacın elektron yaddaş proqramında zavod seriya nömrəsi METER SN kart vasitəsilə ilə yoxlanılır. Kart sayğaca daxil edilir, bu zaman LCD ekranında aşağıdakı işarə əks olunur.
Sayğacın elektron yaddaşına yazılmış zavod seriya nömrəsi
2278940 |
Yəni sayğacın elektron yaddaş proqramında zavod seriyası 12AQ10100278940 göstərilir.(sayğacın üzərində yazılmış zavod seriya nömrəsi)
Elektron yaddaşda olan nömrə sayğacın üzərində yazılmış nömrə ilə üst-üstə düşmürsə, sayğac yararsız hesab edilir.
5.7. Sayğacın proqram versiyası FIRMWARE kartı vasitəsilə yoxlanılır. Kart sayğaca daxil olunur, bu zaman ekranda aşağıdakı işarə əks olunur.
092.93 |
Elektron yaddaş proqram versiyası
5.8. CREDİT BACK olunmuş sayğacların klapanının açılması:
- Hər hansı səbəbdən istismardan çıxarılmış sayğacda istifadə olunmamış qalıq kredit olarsa sayğac yoxlamaya göndərilməzdən əvvəl “Azəriqaz” İB-nin müvafiq QİS-də qalıq kreditin həcmi sayğacdan abonent kartına köçürülür (Credit Back). Bu zaman sayğacın klapanı bağlanır və LCD ekranda OFF rejimi əks olunur. OFF rejimində olan sayğac “Azəriqaz” İB-nin Smart sayğacların tətbiqi və nəzarəti şöbəsi tərəfindən 3E proqramında əvəzlənərək müvafiq QİS üçün “3E” proqramında ayrılmış anbar bazası siyahısına əlavə olunur.
Cədvəl-1
Sərfiyyat üzrə xəta diapazonu |
Xəta həddinin qiyməti |
Qmin ≤ Q < 0,1Q max |
± 3 |
0,1Q max ≤ Q<Qmax |
± 1,5 |