AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR   KABİNETİ

Q Ə R A R

“İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının 2.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İxtisaslaşmış podratçılara  verilən  ixtisas  attestatının  forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2023-cü il

№ 217

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 217 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi

QAYDASI

1.    Ümumi müddəalar

  • “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6-5-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsi, qüvvədəolma müddətinin dayandırıl- ması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən
  • Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
    • attestasiya – texniki xidmətin həyata keçirilməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədin bilik səviyyəsinin yoxlanılması;
    • ixtisaslaşmış podratçı – işçiləri bu Qayda ilə müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
    • ixtisas attestatı – texniki xidmətin həyata keçirilməsi üçün fiziki şəxsin uyğunluğunu təsdiq edən sənəd;
    • namizəd – ixtisaslaşmış podratçılara verilən ixtisas attesta- tını əldə etmək məqsədilə attestasiyadan keçmək üçün müraciət edən fiziki şəxs;
    • reyestr – bu Qaydanın 4.2-ci bəndi ilə müəyyən edilən məlumatları ehtiva edən ixtisaslaşmış podratçıların vahid informasiya ehtiyatı.
  • Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə

 

  • İxtisaslaşmış podratçılara ixtisas attestatının verilməsi, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.
  • İxtisaslaşmış  podratçının    işçisi,    habelə    hüquqi    şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan ixtisaslaşmış podratçı Nazirlikdən ixtisas attestatı almaq üçün energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalıdır.

 

2.  İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsi qaydası

  • Attestasiya test üsulu ilə ildə iki dəfə Nazirlik tərəfindən ödənişsiz həyata keçirilir.
  • Nazirlik attestasiyanın keçirilmə qrafikini təsdiq edir və rəsmi internet səhifəsində yerləşdirir, attestasiyanın keçirilməsi tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan
  • Qanunun 6-5-ci maddəsinin birinci hissəsinə əsasən namizəd ixtisas attestatının verilməsi məqsədilə ərizəni Nazirliyə təqdim edir və ya poçt rabitəsi vasitəsilə göndərir, yaxud rəsmi internet səhifəsində elektron qaydada müraciət edir və ərizəyə aşağıdakı sənədlər əlavə olunur;
    • namizədin fotoşəkli (30x40 mm ölçüdə 2 ədəd);
    • namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
    • namizəd hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
    • hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə namizəd arasında bağlanılmış əmək müqaviləsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;
    • müvafiq sahə üzrə peşə təhsili haqqında diplomun (sertifikatın) surəti;
    • ixtisasartırma kurslarında iştirakını təsdiq edən şəhadət- namə (olduğu halda);
    • müvafiq ixtisas üzrə iş stajını təsdiq edən əmək kitabçasının surəti.
  • Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən  Elektron  Hökumət  İnformasiya  Sistemi  vasitəsilə

 

müvafiq dövlət qurumlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlər namizəddən tələb olunmur. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumlarından tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

  • Bu Qaydanın 2.3-cü bəndində qeyd olunan sənədlər tam təqdim olunmadıqda və yaxud təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə, Nazirlik bu barədə sənədlər təqdim edildikdən 3 (üç) gün müddətində yazılı və ya elektron formada namizədi məlumatlandırır. Namizəd attestasiyanın keçirilməsinə ən azı 10 (on) gün qalanadək səhv və ya uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etməlidir.
  • Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar namizəd tərəfindən bu Qaydanın 2.5-ci bəndində qeyd edilən müddətdə aradan qaldırıl- madıqda, namizədin attestasiyaya buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində bu barədə yazılı və ya elektron qaydada namizədə məlumat göndərilir. Bu qərardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
  • Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, 2 (iki) iş günü müddətində namizəd attestasiya üzrə namizədlərin siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış, şəxsi eyniləşdirmə kodu (şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı namizədin anonimliyinin qorunmasına xidmət edir) və yaddaş kitabçası Yaddaş kitabçasında bu Qaydanın 2.8-ci bəndində qeyd edilən hərəkətlər, habelə attestasiyanın keçirildiyi yerə gətirilməsi qadağan olunan əşyaların siyahısı və imtahanın digər qaydaları yaddaş kitabçasına daxil edilir.
  • Attestasiyanın keçirilməsi zamanı namizəd aşağıdakı hərəkətlərə yol verməməlidir:
    • saxta və ya başqasına aid sənəd təqdim etmək, attestasiyaya öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
    • attestasiya zamanı kalkulyator istisna olmaqla mobil telefon və digər rabitə vasitələri, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələrdən istifadə etmək;
    • attestasiya başlandığı andan icazəsiz yerini dəyişmək, gəzişmək, attestasiyanın gedişinə mane olmaq;
    • digər namizədin nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab vərəqinə baxmaq və ya öz cavab vərəqinə başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

 

  • nəzarətçiyə və digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
  • cavab vərəqini nəzarətçiyə təhvil vermədən attestasiyanın keçirildiyi zalı tərk etmək;
  • attestasiya keçirilən binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
  • səbəbindən asılı olmayaraq, attestasiya başlandığı andan 1 (bir) saat bitənədək və attestasiyanın son 30 (otuz) dəqiqəsi ərzində attestasiya keçirildiyi zaldan çıxmaq.
  • Attestasiyanın keçirilməsini təmin etmək məqsədilə Nazirlik attestasiyanın keçirilməsinə məsul şəxsi və nəzarətçiləri təyin edir. Nəzarətçilərin sayı hər auditoriya üzrə 2 (iki) nəfərdən az olmamalıdır.
  • Attestasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat attestasiyanın keçirilməsindən ən azı 10 (on) gün əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
  • Attestasiya üçün test tapşırıqları bu Qaydanın 5-ci bəndində qeyd edilən sahələr üzrə Nazirlik tərəfindən hazırlanır. Test tapşırıqlarının hazırlanması üçün əsas olan Attestasiya Proqramı Nazirlik tərəfindən təsdiq edilir və rəsmi internet informasiya ehtiyatında yerləşdirilir. Test tapşırıqlarının hazırlanmasına bu Qaydanın 1.5-ci bəndində qeyd edilən sahələr üzrə mütəxəssislər cəlb edilə bilərlər.
  • Test tapşırıqları konfidensiallıq gözlənilməklə Nazirlik tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir, tapşırıqlar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə xüsusi ayrılmış məlumat bazasında saxlanılması təmin edilir. Hazırlanmış tapşırıqlar toplusunda tapşırıqların sayı test zamanı istifadə ediləcək tapşırıqların sayından azı 10 (on) dəfə çox olmalıdır. Tapşırıqlar toplusu hər il 10 (on) faizdən aşağı olmayaraq yenilənir.
  • Test tapşırıqları müasir informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və dərəcəsinə görə 15 (on beş) çətin, 15 (on beş) orta, 10 (on) asan olmaqla 40 (qırx) sualdan ibarət olan tapşırıqlar kitabçasında qeyd
  • Test tapşırıqları testin keçirilməsində iştirak edən məsul şəxsə verildikdən sonra o, nəzarətçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını test tapşırıqlarına uyğun ayırır, attestasiyada iştirak edən namizədlərə paylayır və həmin kartların doldurulması qaydasını onlara izah
  • Test tapşırıqları üzrə cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir

 

neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Cavab kartı onu doldurmuş namizəd tərəfindən imzalanır. Cavab kartında hər hansı bir qeydin aparılmasına yol verilmir, əks halda bu cür cavab kartı etibarsız hesab olunur.

  • Attestasiyanın müddəti 2 (iki) saatdır və fasilə verilmədən keçirilir.
  • Attestasiyanın başlanma vaxtı tapşırıqlar kitabçası paylanıldığı andan hesablanır. Test bir neçə auditoriyada keçirildikdə, hər auditoriyada testin başlanma vaxtı həmin auditoriyada tapşırıqlar kitabçası paylanıldığı andan hesablanır.
  • Hər bir tapşırığa düzgün cavab bir balla qiymətləndirilir (cəmi 40 (qırx) mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər
  • Namizəd yaddaş kitabçasında qeyd olunan tələblərə riayət etmədikdə, attestasiyanın keçirilməsinə məsul şəxs və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs attestasiyadan kənarlaşdırılır. Qeyd olunan pozuntular attestasiya başa çatdıqdan sonra aşkar olunduqda, Nazirlik tərəfindən həmin şəxsin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul
  • Attestasiyanın başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir və Nazirliyə təqdim edilməsi üçün testin keçirilməsinə məsul şəxsə təhvil
  • Test tapşırıqları üzrə cavab kartları Nazirlikdə müasir informasiya texnologiyalarından istifadə edilməklə yoxlanılır. Qiymətlən- dirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış qaydada həyata keçirilir.
  • Test tapşırıqları üzrə 25 (iyirmi beş) və ya daha çox bal toplamış şəxslər attestasiyadan keçmiş hesab
  • Attestasiyanın nəticələri toplanılan ballar qeyd edilməklə 5 (beş) iş günü müddətində Nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və testdə iştirak etmiş namizədə onun müraciəti əsasında yazılı və ya elektron qaydada testin nəticəsi barədə arayış göndərilir.
  • Attestasiyanın nəticəsindən narazı qalan namizəd nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində inzibati qaydada Nazirliyə və məhkəməyə şikayət vermək hüququna malikdir. Nazirliyə verilən şikayətə aidiyyəti mütəxəssislərlə birlikdə namizədin iştirakı ilə 5 (beş) iş günü müddətində baxılır və ona əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, bu Qaydaya uyğun olaraq yenidən hesablanma aparılır və namizədin nəticələri yenilənir.

 

  • Attestasiyanın uğurla keçmiş namizədlərə test nəticələrinin elan olunduğu tarixdən 5 (beş) iş günü müddətində bu Qaydanın əlavəsində qeyd edilən formada ixtisas attestatı
  • İxtisas attestatı  qurumun  rəhbəri  və  ya  onun  həvalə  etdiyi vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir və reyestrdə qeydiyyata alınır.
  • İxtisas attestatında aşağıdakılar qeyd edilir:
    • ixtisas attestatını verən qurumun adı;
    • ixtisas attestatı verilən şəxsin soyadı, adı, atasının adı və ünvanı;
    • ixtisas attestatı verilən şəxsin işlədiyi ixtisaslaşmış podratçı hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda onun soyadı, adı və atasının adı, VÖEN-i, fəaliyyət ünvanı;
    • ixtisas attestatının nömrəsi və verilməsi
  • İxtisas attestatının  əsli  bir  nüsxədən  ibarət  olaraq  ixtisas attestatı almış şəxsə verilir, ixtisas attestatının verilməsini təsdiq edən sənədlər isə Nazirlikdə saxlanılır.
  • İxtisas attestatı yararsız hala düşdükdə, məhv olduqda və ya itirildikdə ixtisas attestatı almış şəxsə onun müraciəti əsasında ixtisas attestatının dublikatı Bu halda ixtisas attestatı almış şəxs tərəfindən ixtisas attestatının dublikatının alınması üçün Nazirliyə elektron və ya yazılı qaydada müraciət edilir. İxtisas attestatının dublikatı müraciət edildiyi gündən 3 (üç) iş günü müddətində ixtisas attestatı almış şəxsə ödənişsiz verilir.
  • İxtisas attestatı almış şəxsin, habelə ixtisaslaşmış podratçının işçisi olduqda həmin podratçının attestatda qeyd edilmiş məlumatlarında hər hansı dəyişiklik baş verdiyi halda, ixtisas attestatı almış şəxs tərəfindən ixtisas attestatının dəyişdirilməsi barədə ərizə, qüvvədə olan ixtisas attestatının əsli və müvafiq dəyişiklikləri təsdiq edən sənəd Nazirliyə təqdim edilir və ixtisas attestatı 3 (iş) günü müddətində dəyişdirilir.
  • İxtisas attestatı ödənişsiz 10 (on) il müddətinə verilir.
  • Bu Qaydanın 3.7.2-ci və 3.7.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda ixtisas attestatı ləğv edildikdə və bu Qaydanın 2.31-ci bəndində nəzərdə tutulmuş müddət keçmədikdə, ixtisas attestatının ləğv edildiyi gündən 2 (iki) il müddətində ixtisas attestatı almaq üçün yenidən müraciət edən namizədə attestasiya keçirilmədən yeni ixtisas attestatı

 

3.  İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi qaydası

  • İxtisaslaşmış podratçı və onun ixtisas attestatı almış işçisi öz fəaliyyətini həyata keçirərkən Qanunun, energetika sahəsində yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktların və bu Qaydanın tələblərinə riayət etməlidir.
  • Nazirlik tərəfindən ixtisas attestatı almış şəxsin fəaliyyətinə Qanunun 6-4-cü maddəsinə uyğun olaraq nəzarət həyata keçirilərkən pozuntular aşkar edildikdə Nazirlik ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması barədə qərar qəbul
  • Nazirlik ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması barədə qərarı pozuntular aşkar edildikdən 3 (üç) gün müddətində qəbul
  • Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hal olduqda, ixtisas attestatının qüvvədəolma müddəti 30 (otuz) gün müddətinə dayandırılır.
  • Bu Qaydanın 3.2-ci bəndində qeyd edilən nəzarət nəticəsində aşkar olunan çatışmazlıqlar barədə 2 (iki) iş günü müddətində ixtisaslaşmış podratçıya bildiriş göndərilir. Pozuntular aşkar edildiyinə görə ixtisas attestatının qüvvədəolma müddəti dayandırılmış ixtisas attestatı almış şəxs bu Qaydanın 4-cü bəndi ilə müəyyən edilmiş müddətdə Nazirliyə yol verilmiş pozuntuların səbəbləri, habelə bu pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər barədə elektron və ya yazılı qaydada məlumat təqdim etməlidir. Nazirlik təqdim edilmiş məlumatlara 2 (iki) gün müddətində baxır, həmin məlumatlara əsasən pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə, ixtisas attestatının qüvvədəolma müddətinin 1 (bir) iş günü müddətində bərpa edilməsi barədə qərar qəbul edir.
  • Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş məlumat bu Qaydanın 4-cü bəndi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə, Nazirlik həmin müddətin bitdiyi gündən 1 (bir) iş günü müddətində ixtisas attestatının ləğv edilməsi barədə qərar qəbul edir.
  • İxtisas attestatının  ləğv  edilməsi  barədə  qərar  aşağıdakı hallarda qəbul edilir:
    • ixtisas attestatının ləğv edilməsi barədə ixtisas attestatı almış şəxs tərəfindən elektron və ya yazılı qaydada ərizə təqdim edildikdə;
    • ixtisas attestatı verilən şəxsin işlədiyi hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda;
    • ixtisas attestatı verilən şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verildikdə;

 

  • ixtisas attestatı almış şəxsin əmək qabiliyyətini tam itirdikdə və ya şəxs vəfat etdikdə;
  • bu Qaydanın 3.2-ci bəndində qeyd edilən hal təqvim ili ərzində ən azı 3 (üç) dəfə təkrar edildikdə;
  • bu Qaydanın 6-cı bəndində nəzərdə tutulmuş hallarda;
  • bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə;
  • ixtisas attestatı almış şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, fəaliyyət qabiliyyətinin olmaması, ölmüş elan edilməsi və ya itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
  • ixtisaslaşmış podratçı fəaliyyəti ilə bağlı müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzasına məhkum
  • Nazirlik bu Qaydanın 7.2-3.7.4-cü, 3.7.8-ci və 3.7.9-cu yarımbəndlərində qeyd  edilən  məlumatları  “İnzibati  icraat  haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron   Hökumət   İnformasiya   Sistemi   vasitəsilə   müvafiq   dövlət qurumlarından əldə edir.
  • İxtisas attestatının ləğv edilməsi ilə ixtisas attestatı verilən şəxs reyestrdən çıxarılır.
  • İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması, bərpa olunması və ya onun ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində ərizəçiyə elektron və ya yazılı qaydada təqdim edilir və məlumatlar reyestrə daxil

 

4.  İxtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası

 

  • Reyestr Nazirlik tərəfindən elektron qaydada aparılır və mütəmadi olaraq yenilənir.
  • Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
    • ixtisaslaşmış podratçı fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar;
    • ixtisaslaşmış podratçı hüquqi şəxs olduqda hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, VÖEN-i və ixtisas attestatı almış əməkdaşları barədə məlumatlar (soyadı, adı, ixtisas attestatının nömrəsi və tarixi);
    • ixtisas attestatının nömrəsi, verilməsi və qüvvədəolma tarixi;
    • ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması, bərpa edilməsi və ya onun ləğv edilməsi barədə məlumat;

 

  • ixtisaslaşmış podratçının və ixtisas attestatı almış işçisinin əlaqə vasitələri (telefon və elektron poçt ünvanı);
  • həyata keçirilən texniki xidmətlər barədə məlumat;
  • ixtisas attestatı almış şəxsin fəaliyyətində aşkar edilmiş nöqsanlar barədə məlumat.
  • Qanunun 6-5-ci maddəsinin dördüncü hissəsinə əsasən Nazirlik bu Qaydanın 4.2.1-4.2.4-cü yarımbəndlərində qeyd edilən məlumatları rəsmi internet səhifəsində, habelə müayinə və texniki xidmət məlumatları üzrə reyestrdə yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin
  • İxtisaslaşmış podratçı keçirdiyi texniki xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı Nazirliyin göstərişlərinə riayət etməlidir. İxtisaslaşmış  podratçıların   fəaliyyətinə   Qanunun   6-4-cü   maddəsinə uyğun olaraq Nazirlik tərəfindən monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər

 

5. Yekun müddəa

 

İxtisas    attestatının    verilməsindən,    qüvvədəolma    müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

 

 

 

 

 
   

 

 

“İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”na

 

əlavə

 

 

İXTİSAS ATTESTATI

 

                        

 

                                           20         il

 

 
   

 

(ixtisas attestatını verən qurumun adı)

 

İxtisas attestatı verilmişdir                                                                                         

 
   

 

(fiziki şəxsin soyadı, adı, atasının adı)

 

İxtisaslaşmış podratçı hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda soyadı, adı, atasının adı, fəaliyyət ünvanı                                        

 

İxtisas attestatının qüvvədəolma müddəti              __                              

İxtisas attestatını təsdiq edən şəxs                                                                         

 

                                                                                                          _

(soyadı, adı)

Vəzifəsi                                                                                                                                 

 

 

 

İmza                                        

 

 

M.Y.

light-logo