Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti yaranacaq

10 Sentyabr 2024

Sabunçu rayonu, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə 11.09.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz  təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsinin, Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo