Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

16 Sentyabr 2024

Sabunçu rayonu, Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, həmçinin Bakıxanov qəsəbəsində təmir-bərpa işləri aparılacaq.

Bu baxımdan 17.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, Bakıxanov qəsəbəsində, Sülh, Eldar Xəlilov, Mehmandarov, Fətəliyev küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo