"Azəriqaz" İB-də "İnsan resursları performansının idarə edilməsi sistemi" mövzusunda seminar keçirildi

11 Oktyabr 2024

"Azəriqaz" İstehsalat Birliyinin idarəetmə aparatında SOCAR-ın baş ofisinin əməkdaşlarının iştirakı ilə strateji rəhbər vəzifəsində işləyən işçilər üçün "İnsan resursları performansının idarə edilməsi sistemi" mövzusunda seminar keçirilib.

Birliyin baş direktoru, baş direktorun müavinləri və digər rəhbər şəxslərin iştirakı ilə keçirilən seminarda strateji rəhbərlərə SOCAR-da "İnsan resursları performansının idarə edilməsi sistemi"nin təkmilləşdirməsi ilə bağlı həyata keçirilən layihələr, tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumat verilib. Həmçinin yeni yanaşmaların işçilərin əmək məhsuldarlığına, müəssisəyə bağlılığının artırılmasına və işçi məmnuniyyətinin yüsəldilməsinə təsirindən bəhs edilib.

light-logo