Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

14 Oktyabr 2024

Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 15.10.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

light-logo