Paytaxtın Binəqədi və Nizami rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Ş.Məmmədov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və 7-ci mikrorayon, F.Məlikov küçəsində qaz xəttinin və tənzimləyicinin, həmçinin Nizami rayonu, Çobanzadə küçəsi 61 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 10.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Binəqədi rayonu üzrə S.S. Axundov küçəsinin bir hissəsinin, A. Kunanbayev və İ. Hacıyev küçələrinin, Nizami rayonu üzrə isə B.Çobanzadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər xəbərlər
Gəncə RQİİ-nin nümunəvi işçiləri təltif edildi