Ağdaş sakinlərinin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq

15 Yanvar 2025

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” QPS-də mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 16.01.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəmsabad 2-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağdaş rayonunun bir hissəsinin (Ağdaş şəhərinin bir hissəsi, rayonun 19 yaşayış məntəqəsi, 6 qeyri-yaşayış) qaz təchizatının dayandırılması işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

light-logo