MASAZIR QƏSƏBƏSİNDƏ ZƏDƏLƏNƏN QAZ XƏTTİ TƏMİR EDİLİR

08 Yanvar 2020

Dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, "Əlincə" otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Bununla da 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işlərindən sonra qaz açılışı bərpa olunarkən təkrar qaz sızması aşkarlanıb. Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Bununla əlaqədar yanvarın 8-də səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub. Kəmərin yararsız hala düşməsinə səbəbkar olan MTK nümayəndələri də əraziyə dəvət edilib. Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.

light-logo