AVTOMOBİL QƏZASI SƏBƏBİNDƏN MİNƏ YAXIN ABONENTİN QAZ TƏMİNATI DAYANDIRILDI
Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 mm olan qaz xətti zədələnib. Qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb. Hal-hazırda Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.
Digər xəbərlər
Sabunçu rayon sakinlərinin nəzərinə!
Şamaxı sakinlərinin nəzərinə!
QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA