Laçın sakinlərinin nəzərinə! Qaz təchizatında müvəqqəti fasilə yaranacaq

07 Avqust 2024

Yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 08.08.2024-cü il tarixində saat 10:00-dan işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

light-logo