Paytaxtın Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

08 Sentyabr 2024

Nizami rayonunun K.Balakişiyev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının "Təmiz Qaz" QSC tərəfindən aradan qaldırılması ilə əlaqədar 09.09.2024-cü il tarixdə saat 10:00-dən etibarən qaz  təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun K.Balakişiyev, İ.Müzəffəroğlu, A.Manafov, B.Çobanzadə, M.Abbasov, Özbəkistan və Ə.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo