XƏZƏR RAYONUNDA 471 FƏRDİ YAŞAYIŞ EVİNƏ TƏBİİ QAZ VERİLDİ

20 Dekabr 2019

Bu gün Xəzər rayonu Binə qəsəbəsi, “Atçılıq” adlanan ərazidə Badam bağlarının ətrafındakı yeni yaşayış massivi üzrə layihənin birinci mərhələsi başa çatıb. Bununla da 471 fərdi yaşayış evinə qaz verilib. Bu münasibətlə təşkil olunan tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov, massivin sakinləri və qaz təsərrüfatı işçiləri iştirak ediblər. Çıxışlarda qeyd edilib ki, Bakı şəhəri və ətraf ərazilərdə bu il qazlaşma işlərinin icrasını özündə əks etdirən dövlət proqramı çərçivəsində 22 yaşayış massivində qaz çəkilişlərinə start verilib. Hazırda 6 massivdə mavi yanacağın verilişi təmin edilib, digərlərində isə son tamamlanma işləri aparılır.

Qeyd edək ki, bu gün qazla təmin olunan yeni yaşayış massivində qazlaşma işlərinin aparılması üçün 38735 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

light-logo