250 abonentin yaşadığı bu kəndin köhnə qaz xətləri yenilənir

18 Sentyabr 2024

Ötən əsrin 20-ci illərində salınan bu kənd Tərtər rayonunun Bayandur kəndidir. Bayandur tayfasının adı ilə bağlı olan kənddə hazırda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən korroziyaya uğramış qaz xətlərinin yenilənməsi prosesi həyata keçirilir. İşlərin hansı səviyyədə olmasını mikrofon önünə keçən Birliyin böyük mühəndisi dəqiqliyi ilə çatdırdı. Köhnə qaz xətlərinin yenilənməsi daha çox Bayandur kənd sakinlərini sevindirir desək yanılmarıq. Qeyd edək ki, Bayandur kəndində işlərə cari ilin əvvəlindən başlanılıb. İlin sonuna kimi nəzərdə tutulan qaz xətlərinin tam yenilənərək istifadəyə verməsi planlaşdırılır.

Daha ətraflı video materialda: https://youtu.be/jQS3N_D23Ec?si=tBD3DYFd7paJVw5b

light-logo