“SOCAR – 2024” minifutbol turnirində II yerin qalibi olmuş “Azəriqaz” İB-nin komandasının üzvləri ilə baş direktorun görüşü oldu

18 Oktyabr 2024

“Əsrin müqaviləsi”-nin 30 illiyi münasibətilə təşkil olunan “SOCAR-2024” minifutbol turnirində Birliyin təmsilçisi kimi sizlərin ikinci yerə çıxaraq fəxri kürsüdə yer almağınız bizi çox sevindirdi. Bu uğur həm də gələcəkdə digər nailiyyətlərin qazanılmasına təkan verəcək”. Bunu SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Birliyin mini futbol komandasının üzvləri ilə görüşü zamanı bildirib. Baş direktor bu nailiyyətin davamlı olacağına ümid etdiyini və hər zaman Birlik tərəfindən dəstək veriləcəyini qeyd edərək komandanın hər bir üzvünə işlərində uğurlar arzulayıb. Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov çıxışında komandanın əldə etdiyi uğurların təqdirəlayiq olduğunu bildirərək bundan sonra da çox çalışılacağı halda qələbələri sıralayacaqlarına əminliyini ifadə edib. 

Sonda “Azəriqaz” İB-nin mini futbol komandasının hər bir üzvü Fəxri Fərman və hədiyyə təltif olunub.

light-logo