Təmir işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

21 Oktyabr 2024

“Göygöl əhali” ölçü qovşağından qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı 22.10.2024-cü il saat 09:00-dan 18:00-dək müvafiq ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Göygöl şəhərinin və rayonun 24 yaşayış məntəqəsinin qaz təchizatında fasilə yaranacaq.
Həmçinin paytaxtın Xəzər rayonu, Gürcüstanlılar məhəlləsində qaz xəttinin hündürlüyə qaldırılması və Nərimanov rayonu, Ş.Rəhimov küçəsi 3A ünvanında siyirtmənin quraşdırılması məqsədilə 22.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Gürcüstanlılar məhəlləsinin, Nərimanov rayonunun isə Ş.Rəhimov, C.Hacıbəyli, O.Kərimov, Y.Hüseynov, M.Əlizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo