SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin fəxri neftçiləri ilə görüş baş tutdu

18 Oktyabr 2024

Neftçilər Günü peşə bayramı ilə əlaqədar ölkənin neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə “Azəriqaz” İB-nin bir qrup əməkdaşı SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanla təltif olunublar. Bu gün Birliyin idarəetmə aparatında təltif olunan əməkdaşlarla görüş baş tutub. Görüş çərçivəsində Birliyin baş direktoru Azər Məmmədov SOCAR rəhbərliyinə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib. Daha sonra 8 nəfərə “Fəxri neftçi” döş nişanı, 20 nəfərə isə Fəxri Fərman təqdim edilərək işlərində uğurlar arzulanıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

light-logo