Binəqədi və Səbail rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

05 İyul 2024

Binəqədi rayonu, 9-cu Mikrorayon Mircəlal küçəsində payız-qış tədbirlər planına əsasən istismara yararsız 4 ədəd siyirtmənin "Azəriqaz" yenisi əvəz olunması və Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 05.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılacağı planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 9-cu Mikrorayon ərazisinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin bir hissəsi qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

light-logo