Lənkəran RQİİ-nin nümunəvi işçiləri təltif edildi

06 İyul 2024

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Lənkəran Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlandıqdan sonra öz məsləhət və tövsiyələrini də diqqətə çatdırıb.Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra 14 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

light-logo